Xaçmazda meşə yanır

Xaçmazda meşə yanır

Xaçmaz rayonunda meşə massivində yanğın başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mərəcan kəndi ərazisində təxminən 500 kvadratlıq meşə massivində qeydə alınıb. Yanğının söndürülməsi üçün Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.
 
Aktual.az
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR