Vaşinqton KXDR-lə danışıqlara hazır olduğunu bildirdi

Vaşinqton KXDR-lə danışıqlara hazır olduğunu bildirdi
  • DÜNYA

 Vaşinqton KXDR-ə təzyiq göstərməkdə davam edəcək, lakin danışıqlara hazırdır. 


Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib. 

"Maximal təzyiq göstərmək kampaniyası davam etdiriləcək və daha intensiv olacaq. Amma əgər siz danışmaq istəsəniz - danışacağıq". Bu barədə Pens "Washington Post" nəşrinə müsahibəsində bildirib. 

Sanksiyaların aradan qaldırılması üçün Pxenyan tərəfindən hansı addımların atılmasına dair suala M.Pensin cavabı lakonik olub: "Bilmirəm. Danışıqlar da elə bunun üçün gərəkdir". 

Qeyd edək ki, ABŞ məsələ ilə bağlı rəsmi mövqeyini dəfələrlə açıqlayıb:  KXDR  əvvəlcə nüvə və raket proqramlarından imtina etməlidir, bundan sonra Vaşinqton danışıqlara razılıq verəcək". 

Xəbər 224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR