Vasif Talıbov İranın Naxçıvana yeni təyin olunmuş Baş konsulu ilə görüşüb

Vasif Talıbov İranın Naxçıvana yeni təyin olunmuş Baş konsulu ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İranın Naxçıvana yeni təyin olunmuş Baş konsulu ilə görüşüb




Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş Baş konsulu Mənsur Ayrım ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş konsul etimadnaməsini Ali Məclisin Sədrinə təqdim edib.
Ali Məclisin Sədri Mənsur Ayrımı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı səmərəli əməkdaşlığa diqqət çəkən Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Ali Məclisin Sədri Baş konsulun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib, ona fəaliyyətində uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən Mənsur Ayrım Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu vurğulayıb, İranın yaxın vilayətləri ilə muxtar respublika arasındakı əlaqələrin inkişafında öz səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə əlaqələrin gələcək inkişafı üçün bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyi vurğulanıb.


Aktual.az 

Xəbər 981 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR