Ukraynada dördgünlük komanda-qərargah təlimləri başladı

Ukraynada dördgünlük komanda-qərargah təlimləri başladı
  • DÜNYA

Bu gün Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Sarsılmaz dayanıqlıq - 2017" komanda-qərargah təlimləri başlayıb.

Aktual.az  Report -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Viktor Mujenko məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 15-dək qoşunların və əməliyyat ehtiyatlarının cəlb edilməsi ilə bir sıra təlimlər keçiriləcək: "Manevrlərin məqsədi hərbi idarəetmə orqanlarının döyüş zamanı qoşunların idarə edilməsi üzrə imkanlarının artırılmasıdır. Bundan başqa, sentyabrın 15-dək Ukrayna ərazi müdafiə qüvvələrinin və vasitələrinin qərargahların düzülməsi ilə təlimlər təşkil olunacaq".
"Sarsılmaz dayanıqlıq - 2017" təlimləri sentyabrın 14-dən 20-nə qədər keçirilməsi planlaşdırılan Rusiya və Belarusun "Qərb-2017" birgə strateji təlimləri ilə üst-üstə düşür.
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR