Ukrayna prezidentinin açıqlaması — "9 mayı daha Moskva ssenarisinə uyğun qeyd etməyəcəyik"

Ukrayna prezidentinin açıqlaması —

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, 9 may Qələbə günü ölkədə qeyd ediləcək. Amma bundan sonra Moskva ssenarisinə uyğun tədbir keçirilməyəcək.

"Ölkə.Az" xəbər verir ki, Poroşenkonun sözlərinə əsasən ukraynalılar nasizm üzərində qələbənin tamhüquqlu iştirakçılarıdır.

Poroşenko deyib: "O illərin acı xatirələrini unutmuruq. Bu xatirələri nəsildən nəsilə ötürürük. Bu bayram var və olacaq, amma biz bir daha onu Moskva ssenarisinə uyğun qeyd etməyəcəyik".

Ukrayna prezidenti həm də bildirib ki, İkinci Dünya Müharibəsi qlobal xarakter daşıyırdı və keçmiş İttifaq ölkələrinin xalqları bir yerdə müharibədə iştirak ediblər.
 
Aktual.az
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR