Türkiyədə xüsusi əməliyyat - 11 İŞİD-çi saxlanıldı

Türkiyədə xüsusi əməliyyat - 11 İŞİD-çi saxlanıldı

Türkiyə polisi ölkənin şimal-qərbində xüsusi əməliyyat keçirib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 11 üzvünün saxlanıldığı bildirilir.
Məlumata görə, saxlanılanların 9-u Türkiyə vətəndaşı, 2 nəfər isə əcnəbi şəxsdir.

Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı oradan odlu silah, hətta partlayıcı qurğular müsadirə olunduğu deyilir.
Qeyd edək ki, İŞİD terror təşkilatına qarşı son xüsusi əməliyyat İstanbulda keçirilib və əməliyyat zamanı 39 terrorçu saxlanılıb.
 
Aktual.az
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR