Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı

Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı
  • DÜNYA

Türkiyədə ABŞ prokurorları Prit Bxarar və Cun X.Kimə qarşı cinayət işi başlanıb.

Cinayət işinə İstanbul prokurorluğu tərəfindən ABŞ-da bir neçə Türkiyə vətəndaşı barəsində məhkəmə icraatının gedişatı ilə əlaqədar başlanılıb. Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq zamanı əsassız məlumatlar və ya oğurlanmış sənədlər sübut və dəlil kimi istifadə edilib.
"ABŞ prokurorlarının hərəkətləri beynəlxalq hüquq normalarına və Türkiyənin qanunvericiliyinə ziddir”, deyə Prokurorluğun məlumatında qeyd olunur.
Qeyd edək ki, martda ABŞ-a səfər etmiş Türkiyənin "Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib.
ABŞ Prokurorluğu onu daha əvvəl Amerikada həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi M.H.Atillanın R.Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edir
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ prokuroru Prit Bxararın FETÖ üzvü olduğunu və M.H.Atillanın terror təşkilatının rəhbəri Fətullah Gülənin göstərişi ilə həbs edildiyini bildirib. (apa)
 
Aktual.az
Xəbər 65 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR