Türkiyə səfirliyindən 20 Yanvar bəyanatı

Türkiyə səfirliyindən 20 Yanvar bəyanatı

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı bəyanat yayıb.

Aktual.az  xəbər verir ki, səfirlikdən Trend-ə daxil olan bəyanatda bildirilir ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önəmli dönüş nöqtələrindən biri olan 20 Yanvar qətliamı yaddaşlardan silinməyəcək: "Azərbaycanlı qardaşlarımızın vücudunu tanklara qarşı sipər edərək inamla apardığı mübarizə əsla unudulmayacaq.
Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası olan Azərbaycanın istiqlalı uğrunda 27 il əvvəl həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi Azərbaycanla tam həmrəy olduğumuzu vurğulamaq istəyirik".
 
Aktual.az 
Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR