Türkiyə ilə Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsi bağlanacaq

Türkiyə ilə Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsi bağlanacaq

Sabah Türkiyə və Gürcüstan sərhədindəki Sarp sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər bağlı olacaq.

APA-nın Türkiyənin "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Türkiyə Gömrük və Ticarət Nazirliyi məlumat yayıb.
Sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər yük və minik avtomobilləri üçün bağlı olacaq. Nazirliyin məlumatında bildirilir ki, Sarp sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi çərçivəsində Gürcüstan tərəfdə inşaat işləri aparılır və bu səbəbdən sərhəd-keçid məntəqəsinə giriş-çıxışlar Türkiyədən çıxış istiqaməti iki hissəyə bölünərək aparılır. Artıq Gürcüstanda sərhəd-keçid məntəqəsindən giriş istiqamətində inşaat işləri başa çatıb, Türkiyənin çıxış istiqamətində də inşaat işlərinin davam etdirilməsi planlaşdırılır: "Aparılan inşaat işləri ilə əlaqədar Sarp sərhəd-keçid məntəqəsi martın 22-də saat 08.00-dan saat 22.00-a qədər müvəqqəti fəaliyyət göstərməyəcək, yük və minik avtomobilləri üçün bağlı olacaq".
Qeyd edək ki, Azərbaycanın yükdaşıma şirkətləri də Türkiyə və Avropa ölkələrinə yük maşınları ilə yükləri məhz Sarp sərhəd-keçid məntəqəsindən keçməklə daşıyırlar.

Xəbər 165 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR