Tənha yaşayan kişi özünü asdı - Azərbaycanda

Tənha yaşayan kişi özünü asdı - Azərbaycanda

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb. Kənd sakini, 1941-ci il təvəllüdlü Hacıyev Vaqif Mirzə oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib. Evdə tənha yaşayan Vaqif Hacıyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 
 
Aktual.az 
Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR