Ötən ilə nisbətdə avtomobil idxalı 55,19% artıb

Ötən ilə nisbətdə avtomobil idxalı 55,19% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 4468 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib. Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1589 ədəd və yaxud 55,19% çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu avtomobillərin idxalı 67 ədəd və yaxud 2,5 dəfə artaraq 111, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu avtomobillərin idxalı 1316 ədəd və yaxud 53,17% artaraq 3791, yük avtomobillərinin idxalı 219 ədəd və yaxud 73% artaraq 519, xüsusi təyinatlı motorlu avtomobillərin idxalı isə 13 ədəd və yaxud 21,67% azalaraq 47 olub.
 
Aktual.az
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR