“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun dəyişdi

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun dəyişdi

Azərbaycan prezidenti İlham Əliyev "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Aktual.az-ın məlumatına görə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 1-ci maddəsinə aşağıdakı məzmunda 7 hissə əlavə edilib:
"Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər”.
 
Aktual.az
Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR