Spirtli içkilər xarici dildə danışmağı asanlaşdırır - Araşdırma

Spirtli içkilər xarici dildə danışmağı asanlaşdırır - Araşdırma

Araşdırmalara görə, az miqdarda spirtli içki qəbul etmək xarici dildə danışmağı asanlaşdırır.

Milli.Az BBC-yə istinadla bildirir ki, az miqdarda qəbul edilən spirt əvvəllər öyrənilən dili sərbəst şəkildə danışmağa kömək edir.
Hollandiyanın Maastricht universitetində ingilis alimlərlə birlikdə spirtli içkilərin dil öyrənməyə təsiri ilə bağlı araşdırma aparılıb.
Test üçün əvvəllər holland dilini öyrənən 50 nəfərlik alman vətəndaşlarından ibarət qrupa az miqdarda spirtli içki verilib.
Spirtin miqdarı araşdırmaya qatılanların çəkilərinə uyğun olaraq müəyyən edilib. Məsələn, 70 kiloqram ağırlığında olan şəxsə 460 millilitr pivə verilib.

Qalan 50 nəfərə isə spirtsiz içki verilib. Araşdırmada iştirak edənlərə isə bu barədə məlumat verilməyib.

Daha sonra almanlar hollandlarla onların dilində danışblar. Söhbət zamanı müəyyənləşdirilib ki, spirtli içki qəbul edən şəxslər əcnəbi dildə daha axıcı danışırlar
Jessica Werthmann düşünür ki, bunun səbəbi spirtli içki qəbul edən şəxslərdə özgüvənin artmasıdır.
 
Aktual.az
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR