"SOCAR
Polymer” şirkəti 2017-ci il Yay Təcrübə Proqramında iştirak etmək üçün ərizə qəbuluna
başlayıb.
"Report”a şirkətdən verilən məlumata görə, proqram
12 həftə ərzində davam edəcək.
Qeyd olunub ki, bu müddət ərzində iştirakçılar
şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, yeni bacarıqlara yiyələnəcək
və icraatda olan layihələrə töhfələrini verəcəklər.
Təcrübə dövrünə tam həcmli tanışlıq kursu ilə
başlayan təcrübəçilər daha sonra real layihə üzərində işləyən kollektivə
qoşulacaq. Qeyd olunub ki, təcrübənin böyük hissəsinin iş yerlərində keçirilməsi
ilə yanaşı, fərdi ünsiyyət qurma bacarıqlarını aşılamaq üçün çoxlu təlimlər
keçiriləcək. Təcrübə dövrü ərzində həm təlim sessiyaları, həm də obyektlərə sahə
ziyarətləri təşkil olunacaq. Bununla yanaşı, mütəxəssislərlə görüşmək və
onların peşəkar rəyləri ilə tanış olmaq üçün də çoxlu imkanlar veriləcək.
"2016-cı ildə "SOCAR Polymer” şirkətinin təşəbbüsü
ilə başlanan Yay Təcrübə Proqramından onlarla gənc faydalanıb. Bundan əlavə, 5
təcrübəçi daha sonra şirkətdə işə qəbul olunub və peşəkar karyeralarına
başlayıb. Uğurla sınaqdan keçmiş keçən ilki Yay Təcrübə Proqramını davam etdirmək
niyyəti ilə "SOCAR Polymer” 2017-ci ilin Yay Təcrübə Proqramında iştirak etmək
üçün ərizə qəbulu elan edir. "SOCAR Polymer” şirkətində keçilən təcrübə bacarıq
və təcrübə əldə etmək, özünü şirkətin həyata keçirdiyi böyük işlərdən birinə həsr
etmək üçün cəlbedici və dəyərli bir imkandır”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, təcrübə və sərfəli saat hesabı əmək
haqqı ilə bərabər bu proqram iştirakçılar üçün aşağıdakıları imkanları
yaradacaq:
Şirkət haqqında
müəyyən təsəvvürün formalaşdırılması imkanı
Burada, şirkətin mahiyyəti, onun rolu və personalı
haqqında təsəvvür nəzərdə tutulur. Yəni, təcrübəçilər özlərini kollektivin gələcək
diplomlu mütəxəssiləri kimi hiss edib-etmədiklərini müəyyən edəcəklər.
Ümumi işdə
iştirak etmək imkanı
İştirakçılar real layihələr çərçivəsində aparılan
işlərdə iştirak etməyə şövq edilərək sınaqdan keçiriləcəklər. Bu, təcrübə əldə
etmək və həmin işlərin onlara uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün ən
yaxşı üsuldur.
Təcrübədən daha
çox şey əldə etmək imkanı
İstehsalat təcrübəsi də Yay Təcrübə Proqramları çərçivəsində
həm maaş, həm də ödənişli məzuniyyət təklif edilir.
Peşəkar baxımdan
inkişaf etmək imkanı
Bacarıqlarını ən yaxşı formada göstərilməsinə kömək
etmək məqsədi ilə iştirakçılar üçün çoxlu dəstək və təlim kursları təşkil
olunacaq. Kurslarda yüksək müvəffəqiyyət dərəcələri qazanan təcrübəçilərə gənc
mütəxəssis olaraq iş təklif oluna bilər. Belə hallarda, həmin təcrübəçilər öz təhsil
müəssisələrinə qayıdıb təhsillərinə davam edir, bizim şirkətdə isə natamam ştat
işçisi kimi fəaliyyət göstərir. Təcrübə proqramına təhsildə yaxşı müvəffəqiyyət
dərəcələri alan tələbələr qatıla bilər.
Proqrama qatılmaq üçün ərizə ilə müraciət edən şəxslər
aşağıdakı meyar və tələblərə cavab verməlidir:
- III və ya IV kurs universitet
tələbəsi olmalıdır;
- 2016-cı ildə bakalavr dərəcəsi
almış olmalıdır;
- Azərbaycan vətəndaşı
olmalıdır;
- Texniki biliklərə malik
olmalıdır;
- Təhlükəsizlik texnikasından xəbərdar
olmalıdır;
- İngilis dilində yaxşı şifahi
və yazılı bacarıqları olmalıdır;
- Analitik bacarıqları
olmalıdır;
- Yaxşı ünsiyyətqurma bacarığı
olmalıdır;
- Oxuyub inkişaf etməyə meylli
olmalıdır.
Yay Təcrübə Proqramına qatılmaq üçün 30 aprel
2017-ci il tarixinə qədərwww.socarpolymer.azsaytında yerləşdırlmış formanı doldurmaqla
müraciət etmək lazımdır.