SOCAR-ın Türkiyədəki şirkəti ləğv edildi

SOCAR-ın Türkiyədəki şirkəti ləğv edildi

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey LNG Satış Anonim Şirketi"nin lisenziyası ləğv edilib.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, "Dəniz" xəbər agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumu qərar qəbul edib.

Ümumilikdə, qurum 13 şirkətin lisenziyasını ləğv edib. Bu şirkətlərin arasında "SOCAR Turkey LNG Satış Anonim Şirketi" də var.

Qeyd edək ki, "SOCAR Turkey LNG Satış Anonim Şirketi" Türkiyənin 6 bölgəsində sıxılmış qazın satışını həyata keçirirdi.

Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR