Senator: "Münaqişənin diplomatik yollarla həlli indi daha aktualdır"

Senator:

Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həll olunması indi daha aktualdır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq, Fransa-Qafqaz Dostluq Qrupunun üzvü senator Kristof-Andre Frassa bildirib.

O qeyd edib ki, istənilən insan tələfatı təəssüf hissi doğurur. Azyaşlıların hədəfdə olması isə xüsusilə ağırdır:

"Münaqişənin diplomatik yollarla ilə həll olunması indi həmişəkindən daha aktualdır. Qafqaz regionunda dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri işlər görülməlidir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
 
Aktual.az
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR