Səfir: Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir

Səfir: Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir

"Mən Dağlıq Qarabağ məsələsinin nə dərəcədə həssas olduğunu anlayıram".

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
O, Aİ-nin bu məsələ ilə birbaşa məşğul olmadığını bildirib, bununla belə, qurumun məsələni çox diqqətlə izlədiyini vurğulayıb.
"Həm yerlərdə, həm də beynəlxalq platformada bu münaqişənin həlli prosesini diqqətdə saxlayırıq. Münaqişənin həlli istiqamətində format fəaliyyət göstərir. Nyu-Yorkda siyasi səviyyədə görüş gözlənilir. Biz bunları izləyirik. Münaqişə və münaqişə ətrafındakı mövzular Azərbaycanla imzalanacaq yeni saziş çərçivəsində, o cümlədən "Şərq Tərəfdaşlığı" sammiti öncəsi müzakirə olunacaq", - deyə o bildirib.
 
Aktual.az
Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR