Şamaxıda 51 yaşlı qadın yandı

Şamaxıda 51 yaşlı qadın yandı

Şamaxı rayonunda 51 yaşlı qadın yanıb.

Aktual.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təzəşəhər adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1967-ci il təvəllüdlü Səidə Babaxan qızı Əkbərova həyətdə qaladığı ocağın üzərinə benzin tökərkən alov yüksəlib, nəticədə onun üz və boyun nahiyəsi, həmçinin hər iki əli yanıb. S.Əkbərova Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Xəstəxanadan sayta verilən məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir.
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR