Rusiya Xəzərdə antiterror təlimləri keçirir

Rusiya Xəzərdə antiterror təlimləri keçirir
  • DÜNYA

Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti antiterror təlimlər keçirib. 
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha hücumunun qarşısını alıb.   
  
Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib ki, təlimlərin planına əsasən, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edərək, Xəzər donanmasının qərargahını zəbt etməyə çalışır. Təlimlər zamanı hücumunun qarşısı alınıb, şərti düşmən isə məhv edilib.   
 
 Təlimlərdə 50-dən çox hərbçi iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində isə Xəzər hərbi donanmasının dəniz piyadalarından ibarət dəstə çıxış edib.  
 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR