Rusiya İxrac Mərkəzi Azərbaycanda öz nümayəndəliyini açacaq

Rusiya İxrac Mərkəzi Azərbaycanda öz nümayəndəliyini açacaq

Rusiya İxrac Mərkəzi (RİM) üç ölkədə – Hindistanda, İndoneziyada və Azərbaycanda öz nümayəndəliklərini açmağı planlaşdırır

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, bunu RİM qrupunun icraçı direktoru Aleksey Tyupanov bildirib.

A.Tyupanov deyib: "2016-cı ildə biz altı nümayəndəlik açmışıq. 2017-ci ildə Hindistanda, İndoneziyada və Azərbaycanda, yəni Rusiya ixracının inkişafı üçün böyük potensial mövcud olduğunu yəqin etdiyimiz ölkələrdə nümayəndəliklər açmağı planlaşdırırıq”.

RİM 2017-ci ildə xarici dövlətlərdə bu mərkəzin 45 məntəqəsini də təşkil etmək fikrindədir. Tyupanov qeyd edib ki, RİM Rusiya ixracının inkişafı üçün ciddi potensial mövcud olması artıq yəqin edilmiş, yaxud böyük ticarət dövriyyəsini maliyyələşdirmək və ona xidmət etmək lazım olan ölkələrdə, eləcə də çoxsaylı layihələrin artıq maliyyələşdirilmiş olduğu və yaranan risklərin monitorinqini keçirmək zəruri olan ölkələrdə öz nümayəndəliklərini açır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşı Rusiya olub. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 2,05 milyard ABŞ dollarına bərabər olub (Azərbaycanla əmtəə dövriyyəsinin həcminə görə bütün dünya ölkələri arasında 2-ci yer), bu məbləğin 410 milyon ABŞ dolları Azərbaycandan Rusiyaya ixracın payına (Azərbaycandan ixracın ümumi həcmində 8-ci yer), 1,64 milyard ABŞ dolları isə Azərbaycana Rusiyadan idxalın payına düşüb (Azərbaycana idxalın ümumi həcmində 1-ci yer). Azərbaycandan ixracın əsas hissəsi ənənəvi şəkildə kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəz və konserv məhsullarının payına düşüb, Rusiyadan isə əsasən maşın və avadanlıq, ərzaq malları, qara metal, dərman preparatları və taxta-şalban materialları olub.
 
Aktual.az
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR