Rusiya hökuməti rublun məzənnəsini tənzimləyə bilmir

Rusiya hökuməti rublun məzənnəsini tənzimləyə bilmir

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin möhkəm rubla qarşı olduğunu bildirib

Aktual.az  "Report”-a istinadən xəbər verir ki, Oreşkin "bahalı rubl ölkə iqtisadiyyatının yavaşlamasına gətirib çıxa bilər”, – deyib.

"İqtisadi artım üçün 2017-ci ildə risklərdən biri son aylarda tətbiq edilən sərt monetar siyasətdir. Bu siyasət – real faizlərin artırılması və rublun ciddi möhkəmlənməsinin kombinasiyasından ibarətdir. Belə bir vəziyyət ilin ortalarına yaxınlaşdıqca iqtisadi artım tempini aşağı salacaq”, – deyə nazir əlavə edib.
M.Oreşkin inflyasiyanın ciddi yavaşladığını, ilin sonuna qədər inflyasiyanın 3%-dən də aşağı düşə biləcəyini bildirib. Onun fikrincə, idxalın artması və tədiyyə balansının mövsümi pisləşməsi amili yay aylarında cari hesabın kəsirinə gətirib çıxaracaq: "Bu da rublun zəifləməsinə səbəb olacaq”.
Nazirin fikrincə, neft qiymətlərinin cari səviyyəsində RUB/USD məzənnəsi 62-yə, neft 40 dollar/barelə enərsə 68-ə yüksələcək.
Qeyd edək ki, hökumətin əsas məmurlarından birinin belə bir açıqlama verməsinə baxmayaraq, rubl möhkəmlənməyə davam edir. Bu həftənin əvvəlindən RUB/USD məzənnəsi 3%-ə yaxın möhkəmlənərək yenidən 56 səviyyəsinə yaxınlaşıb. Rublun möhkəmlənməsi manatın da məzənnəsinə müsbət təsir edir.
 
Aktual.az
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR