Ronaldinyo eyni vaxtda iki xanımla evlənəcək

Ronaldinyo eyni vaxtda iki xanımla evlənəcək

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo eyni vaxtda iki xanımla evlənməyi qərara alıb. 

"Report"un "O Dia" nəşrinə istinadən verdiyi məlumatına görə, ötənlərin məşhur hücumçusu Pristsilla Koelyo və Beatriz Souza ilə ailə quracaq. Braziliyada çoxarvadlılıq qadağan olunduğundan, toy mərasimi avqustda ABŞ-ın Santa-Monika şəhərində keçiriləcək. Onlar elə bu şəhərdə yaşayacaqlar. 
Qeyd edək ki, Ronaldinyo Fransanın PSJ, İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarındakı çıxışları ilə məşhurdur. Sabiq yarımmüdafiəçi ölkəsinin "Flamenqo", Fluminense", "Atletiko Mineyro" və "Qremio", həmçinin Meksikanın "Keretaro" klublarında da oynayıb. 
 
Aktual.az
Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR