“Reina” terrorçusu: Məni öldürməyin...

“Reina” terrorçusu: Məni öldürməyin...
  • DÜNYA

İstanbulda "Reina” gecə klubunda törətdiyi cinayət 39 nəfərin ölümü ilə nəticələnən terrorçunun yaxalanan zaman dediyi ilk sözü "Məni öldürməyin...” olub.

Aktual.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

Əbdülqədir Maşaripov polislər tərəfindən ələ keçirilən zaman türkcə "məni öldürməyin” deyə yalvarıb.

Son məlumata görə, terrorçunun əslində ilk hədəfi Taksim meydanı olub. Bununla bağlı İŞİD əmirindən təlimat alsa da, həmin ərazidə təhlükəsizlik tədbirləri gücləndirildiyi üçün plan dəyişdirilib.

Qeyd edək ki, Əfqanıstan və Pakistanda iki il təhsil alan Maşaripov özbək, rus, ərəb, çin və türk dillərini bilir.
 
Aktual.az  
Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR