Qüdsdə Donald Tramp meydanı olacaq

Qüdsdə Donald Tramp meydanı olacaq

 ABŞ-ın Qüdsdə açılacaq səfirliyinin yanında olan meydana ABŞ-ın 45-ci prezidenti Donald Trampın adı veriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qüdsün meri Nir Barkat bildirib.
"Qüds bu şəkildə İsrail dövlətini dəstəkləyən ABŞ prezidenti və xalqına təşəkkür edəcək", - N.Barkat deyib. O, D.Trampın tarixi həqiqətin yanında olduğunu söyləyib.
Xatırladaq ki, ötən ilin dekabrında ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanımağın vaxtının yetişdiyini söyləyib və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi üzrə hazırlıqlara başlanılmasına dair sərəncam verib.
 
Aktual.az
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR