Qəza baş vermiş özülün rəisi: `Xətlər aralandı, alov püskürdü`

Qəza baş vermiş özülün rəisi:   `Xətlər aralandı, alov püskürdü`

“Hadisə baş verəndə işdə 63 nəfər var idi”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülün rəisi Allahverdi Məmmədov deyib.

“Həmin gün hava çox küləkli idi. Dənizdə möhkəm külək vardı. Bizim blokdakı cihaz küləyin sürətini 35 m/san göstərirdi, amma bəlkə də daha çox idi”, - deyə Məmmədov bildirib.

O qeyd edib ki, saat 17 radələrində platformadakı xətlərdən birində qəza yaranıb: “Xətlər bir-birindən aralandı, alov püskürdü. Güclü şimal-qərb küləyi əsirdi, ona görə də yanğın çox qısa müddətdə bütün platformaya yayıldı”.

Rəis bildirib ki, yanğın başlayan kimi işçiləri təxliyyə ediblər: “Əvvəlcə işçiləri qayıqlara mindirdik. Sonra özüm də qayıqlardan birinə mindim. Mən olan qayıqda 27 nəfər idik. Ordakıların hamısı sağ-salamatdı. Amma o birilərindən xəbərim yoxdu. Hamı həyəcanlı idi, ona görə də hələ heç nə xatırlaya bilmirəm”.

A. Məmmədov bildirib ki, onu dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətiriblər: “Hazırda özümü normal hiss edirəm”.

Qeyd edək ki, A. Məmmədovun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Xəbər 711 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR