Qərb dünyası 13 rəqəmindən niyə qorxur? - NASA heç bir raketə 13 rəqəmini vermir

Qərb dünyası 13 rəqəmindən niyə qorxur? - NASA heç bir raketə 13 rəqəmini vermir

666, 13 və ya "şeytanın simvolu" sayılan hansısa başqa bir rəqəmin nəhs sayılması, uğursuzluq gətirməsi İslam dinində qəbul edilmir. Lakin buna baxmayaraq, insanlar bu rəqəmlərdən ehtiyat edir. Əsasən katoliklərə mənsub olan inanclara görə, 13 rəqəmi ölüm gətirir. İnsanlar bu rəqəmdən nə mənzil nömrələrində, nə maşınlarda, nə də liftlərdə istifadə edirlər.

Aktual.az  bildirir ki, İtaliyanın məşhur Opera Teatrında bu nömrə altında oturacaq belə yoxdur. Həmçinin təyyarələrdə də 12-ci sıradan sonra birbaşa 14-cü sıra gəlir.

Təyyarə və qatar səfərləri ayın 13-ə təsadüf edərsə, dərhal təxirə salınır. Həmin gün evdən bayıra çıxmamaq və hətta evə 13 nəfər qonaq dəvət etmək belə qorxuludur. Hər ayın 13-də ticarətin zəifləməsi səbəbiylə ABŞ il ərzində bir milyard dollar itirir. Qərb dünyasında insanların nəhs rəqəm haqqında fikirləri inanılmaz dərəcədə sərtdir.

ABŞ-da keçirilən maşın yarışlarında 13-cü avtomobil olmur. 12-cı iştirakçıdan sonra 14-cü iştirakçı gəlir.

Dünyanın ən nəhəng şirkətlərindən olan NASA-da "Apollo 13"ün partlayışından sonra heç bir raketə 13 rəqəmini vermir.

Gizli şam yeməkləri ilə bağlı mövcud olan qəribə bir mövhumat var. Deməli, bir masa arxasında 13 nəfər əyləşibsə, 1 il ərzində onlardan biri mütləq ölür. Batil inanclara görə, bədbəxt hadisələrdən qaçmaq üçün 13 nəfər mütləq əlavə bir nəfər də çağırmalıdırlar. İnsanlar arasında "14-cü qonaq" anlayışı da belə formalaşıb. Bu mövhumatla mübarizə üçün ABŞ-da "Klub 13" yaradılmışdı, amma bağlanmağı çox uzun çəkmədi. (publika.az)
 
Aktual.az
Xəbər 115 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR