"Prezidentə müraciət etmək lazımdır, beynəlxalq təşkilatlara yox..." - Azay Quliyev


"Ölkə başçısının martın 17-də imzaladığı əfv sərəncamı bir daha sübut etdi ki, ölkədəki istənilən məsələni dialoq yolu ilə həll etmək olar".
 
Bunu millət vəkili   Azay Quliyev  parlamentin plenar iclasında Azərbaycan prezidentinin martın 17-də imzaladığı əfv sərəncamı haqqında mövqeyini açıqlayarkən deyib.
 
Onun sözlərinə görə, bu əfv sərəncamının humanizmliklə yanaşı digər mühüm nəticələri var: “İlk olaraq  bu əfv sərəncamı göstərdi ki, ölkədə fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının ölkə başçısına təqdim etdiyi insanlar əfv olunub. Bu bir daha göstətir ki, bütün məsələləri dialoq və danışıqlarla həll etmək olar.
 
Bundan əlavə olaraq ölkədə insan haqları ilə bağlı İşçi qrup fəaliyyət göstərir və bu qurumun fəaliyyətinə böyük etimad yaranıb. Baxmayaraq ki, AŞPA baş katibinin bu qurumun fəaliyyətinə  mövqeyi yanlış idi.
 
Növbəti bir məqam isə ondan ibarətdir ki, ölkədə hər hansı məsələ ilə bağlı ölkə başçısına müraciət etmək lazımdır, daha hansıaa xaricdən maliyyələşən və ya beynəlxalq təşkilatlarla həll etmək olmaz. Beynəlxalq təşkilatlardan yardım istəməklə Azərbaycana təzyiq etmək mənasızdır. Bu gün hər hansı məsələninin həllində  Azərbaycanla təzyiq və ya  ultimatium dili ilə danışmaq olmaz”. 
 
A.Quliyev onu da əlavə etdi ki, ölkə başçısının bu sərənmcamı beynəlxalq aləm tərəfindən  çox yüksək qiymətləndirilib: “Artıq AŞPA, ATƏT PA, Avropa İttifaqı,  ABŞ Dövlət Departamenti Azərbaycan prezodentinin bu əfv sərəncamını alqışlayaraq, yüksək dəyərləndiriblər. Azərbaycan prezidentinin bu sərəncamına beynəlxalq aləmdə  böyük etimad göstərildi”. 
 
Parlamentin spikeri Oqtay Əsədov də məsələ ilə bağlı mövqeyini açıqlayaraq bildirdi ki,  həqəqətən də beynəlxalq aləmdə bu sərəncamı yüksək səviyyədə dəyərləndirdilər: “Amma mətbuatda elə yazılatra rast gəlirsən ki, bu yazılarla əfv sərəncamına neqativ mövqe formalaşdırmağa çalışırlar”. /moderator
Xəbər 696 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR