Prezident avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayırdı

Prezident avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayırdı

Prezident İlham Əliyev Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, sərəncamla iyirmi bir min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 
Aktual.az
Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR