Polisin axtarışa verdiyi şəxs canlı yayımda tutuldu - VİDEO

Polisin axtarışa verdiyi şəxs canlı yayımda tutuldu - VİDEO

Türkiyədə Yılmaz Aslan adlı şəxsin oğlu nişanlısını qaçırıb. Ancaq ailəsi qızın 18 yaşı tamam olmadığı üçün "qızım qaçırıldı" deyə polisə şikayət edib. Aslanın oğlu həbs edilib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Aslan isə ATV telekanalında Müge Anlının təqdimatında canlı yayımlanan "Tatlı Sert" verilişində həbs edilib.

"Qızın ailəsinə şikayət etməməkləri üçün 10 MİN verdim"

Yılmaz Aslan: "Qızın atası gəldi, şikayətçi olmamaq üçün 10 min TL istədi, verdim. Atası şikayətini geri götürdü, ancaq məhkəmə davam etdi və oğlum ilə qardaşım həbs olundu. Mən nə edəcəm, Müge xanım? Oğlum ilə gəlinim gəlib. Küçəyə atacaqdım? Mən də ata olaraq qəbul etdim. Atası da şikayətini geri götürmüşdü. pulumu verdim, yenə də həbs olunuram".

Məhkəmənin qərarı ilə Yılmaz Aslanın oğlu və qardaşı həbs olunub. Yılmaz Aslan isə axtarılırdı. Axtarışda olmağına baxmayaraq Yılmaz Aslan Müge Anlının "Tatlı Sert" verilişinə qatılıb. Verilişə gələn polislər Yılmaz Aslanı həbs ediblər.

Qeyd edək ki, qızın 18 yaşının tamam olmağına 3 gün qalıbmış. 
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR