Polis xidməti avtomobillə piyadanı vurdu - Bakıda

Polis xidməti avtomobillə piyadanı vurdu   - Bakıda

Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Sabunçu qəsəbəsi, şəhər şossesində qeydə alınıb. Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Altay Ələmdar oğlu Mahmudov idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 170 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1974-cü il təvəllüdlü İradə Məhərrəm qızı Abdullayevanı vurub. İ. Abdullayeva əlindən yüngül xəsarət alıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR