Pakistan deputatları da Azərbaycanda seçkiləri müşahidə edəcəklər

Pakistan deputatları da Azərbaycanda seçkiləri müşahidə edəcəklər

Pakistan Senatının (parlamentin yuxarı palatası) deputatları Azərbaycanda parlament seçkilərinin gedişini müşahidə edəcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.

Onun sözlərinə görə, bu məqsədlə oktyabrın 30-da Bakıya Pakistan Senatının 6 nəfərdən ibarət nümayəndə heyəti gələcək.

Bununla əlaqədar Azərbaycan diplomatı Pakistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nushat Sadıq ilə görüş keçirib. Görüş zamanı ikitərəfli parlamentlərarası əlaqələr müzakirə edilib.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR