Neftimizin qiyməti cüzi ucuzlaşıb

Neftimizin qiyməti cüzi ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 52,88 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,11 dollar/barel azdır.

Aktual.az-ın xəbərinə görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 52,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 17-də 49,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 17-də 50,13 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.
 
Aktual.az
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR