Neft 2017-ci ildə bahalaşa bilər

Neft 2017-ci ildə bahalaşa bilər

Neftin qiymətlərinin artmasını 2017-ci ildə enerjidaşıyıcılar bazarında tələb və təklifin balanslaşmasından sonra gözləmək olar.

Aktual.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) hesabatında deyilir.

Hesabata əsasən, 2014-2015-ci illərdə neftin hasilatı tələbatı günə müvafiq olaraq 0,9 və 2 milyon barel üstələyirdi. 2016-cı ildə isə bu uyğunsuzluq günə 1,1 milyon barel səviyyəsində təşkil edəcək. Bu göstəricinin düzəlməsini yalnız 2017-ci ildə müşahidə etmək olacaq.

BEA-nın sənədində qeyd olunur ki, 2015-ci ildə dünyanın neftə tələbatı günə 94,4 milyon barel təşkil edib. 2019-2020-ci illərdə isə bu tələbat psixoloji hədd kimi ehtiyac duyulan 100 milyon barel nefti aşacaq.

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR