Nazirdən məktəbdənkənar müəssisələrlə bağlı əmr

Nazirdən məktəbdənkənar müəssisələrlə bağlı əmr

Təhsil naziri Mikayıl Cabbarov məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı əmr imzalayıb

Aktual.az xəbər verir ki, əmrdə 2016-cı ilin dekabr ayında Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan 1500-dən artıq pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirildiyi, bu prosesin ölkənin digər şəhər və rayonlarında da reallaşdırılması vurğulanır.

Əmrdə bildirilib ki, 2017-ci ilin fevral ayında məktəbdənkənar təhsil müəssisələrində işləyən pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilməlidir. Gəncə Şəhər Təhsil İdarəsinə, şəhər (rayon) təhsil şöbələrinə qiymətləndirilmədə iştirak edəcək kontingentin siyahısının 5 gün müddətində Təhsil Nazirliyinin elektron bazasına daxil edilməsini təmin etməlidirlər. Pedaqoji heyətin qiymətləndirilmədə iştirakını təmin edilməli, qiymətləndirilmədə iştirak edəcək pedaqoji heyətin İKT bacarıqlarının inkişaf etdirilməsi üçün tədbirlər təşkil edilməli, qiymətləndirilmənin keçiriləcəyi rayonlar üzrə müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri şəhər (rayon) təhsil idarələri (şöbələri) tərəfindən elektron bazaya daxil edilmiş kontingent haqqında məlumatın dürüstləşdirilməlidir.

Nazirliyin aidiyyəti struktur bölmələri və müvafiq yerli təhsili idarəetmə orqanları ilə birgə qiymətləndirilmənin keçirilməsi üçün hazırlıq işlərini və zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin edilməlidir. Qiymətləndirilmə başa çatdıqdan sonra nəticələri rəhbərliyə təqdim edilməlidir.
 
Aktual.az
Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR