NATO PA-nın yaz sessiyası Varşavada keçiriləcək

NATO PA-nın yaz sessiyası Varşavada keçiriləcək
  • DÜNYA

Buxarestdə keçirilən NATO Parlament Assambleyasının 63-cü illik sessiyası başa çatıb.

Aktual.az Report-а istinadən xəbər verir ki, bu gün keçirilən plenar iclasda NATO-nun baş katibi Yens Stoltenberq və Rumıniya prezidenti Klaus Yohhanis də iştirak edib.
Y.Stoltenberq çıxışında təşkilatın qarşısında duran vəzifələr və yeni çağrışları, Kosovo və Əfqanıstandakı missiyası, Rusiya ilə münasibətlər, Alyansın Şərq cinahı – Qara dəniz regionunun gücləndirilməsi, İŞİD-lə mübarizə və digər məsələlərə toxunub.
İclasın sonunda NATO Parlament Assambleyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. İtaliyanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Alli yenidən qurumun rəhbəri seçilib.
NATO PA-nın növbəti yaz sessiyası isə 2018-ci ilin mayında Polşanın paytaxtı Varşavada keçiriləcək. 
Qeyd edək ki, NATO baş katibi Y.Stoltenberq bu gün Rumıniyanın cənub-qərbindəki Krayova şəhərində təşkilatın çoxmillətli briqadasının yerləşdiyi bazasına da baş çəkib. 
 
Aktual.az
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR