Müsəlman ölkəsində 25 xaçpərəst güllələndi

Müsəlman ölkəsində 25 xaçpərəst güllələndi

Misirin cənubunda xaçpərəstlərin olduğu avtobusa hücum olub.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi hücum nəticəsində 25 nəfərin öldüyünü açıqlayıb.
Şahidlərin məlumatına görə, təxminən 10 silahlı iki avtomobillə avtobusa yaxınlaşaraq onu avtomat silahlarla atəşə tutub. Bildirilir ki, silahlılar geyimi Misir hərbçilərinin formasını xatırladırdı.
Fövqəladə hadisə El-Minya əyalətinin El-Adavva yaşayış məntəqəsindən qərbdə yerləşən monastrın ərazisində baş verib. Misir təhlükəsizlik gücləri silahlıların tutulması üçün əməliyyata başlayıb.
 
Aktual.az
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR