Mühəndislər havadan içməli su alınması üçün qurğu yaradıblar

Mühəndislər havadan içməli su alınması üçün qurğu yaradıblar

Massaçusets Texnologiya İnstitutunun alimləri səhranın quru havasından içməli su alınması üçün qurğu yaradıblar. Bu barədə məlumat "Nature Communications" jurnalında dərc edilmiş məqalədə yer alıb.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, qurğunun yaradıcıları məsaməli materialdan və ərp təmizləyən vasitədən istifadə ediblər. RİA Novosti mühəndislərin fikrindən sitat gətirərək yazır: "Biz bu materialı bir il əvvəl təqdim edəndə həmkarlarımız onun praktik işləyəcəyinə şübhə ilə yanaşdılar və çoxsaylı iradlarını bildirdilər. Biz səhra sınaqları keçirdik və hər bir iddianı yoxladıq".
Sınaq zonasında havanın sutkalıq temperaturu 15-25 dərəcə arasında dəyişib, rütubət isə 30 faiz olub. Gün ərzində 250 qram təmiz su əldə etmək mümkün olub.

Cihaz günəş şüalarının təsiri altında xüsusi qaba toplanan su buxarını məsaməli metal-üzvi materialda kondensasiya edir.
Xəbər 160 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR