Moskvada azərbaycanlı həmyerlisinin avtomobilini atəşə tutub

Moskvada azərbaycanlı həmyerlisinin avtomobilini atəşə tutub

Moskvada azərbaycanlı soydaşının avtomobilinə atəş açıb

Hadisə paytaxtın Şimali Butovo rayonunda baş verib.

Moskva Dairəvi Avtomobil Yolunun 35-ci km-də "Audi A8” avtomobilində olan naməlum şəxs travmatik silahdan "Toyota Camry” markalı avtomobilə bir neçə dəfə atəş açıb. Hadisə yerindən qaçan şəxs bir müddət sonra saxlanılıb. Atəş açan şəxsin Moskvada yaşayan 35 yaşlı azərbaycanlı olduğu bildirilir.

Bir müddət sonra 47 yaşlı azərbaycanlı hüquq-mühafizə orqanlarına müraciət edərək Moskva Dairəvi Avtomobil Yolunda naməlum şəxsin ona atəş açdığını söyləyib.

Faktla bağlı yoxlama aparılır.(APA)
 
Aktual.az
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR