"Mitsubishi" 108 mindən çox avtomobili geri çağırdı

  • DÜNYA

"Mitsubishi" şirkəti Rusiyada 108 mindən çox avtomobili geri çağırıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərdə öndə oturan sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2006-cıi ilin noyabrından 2016-cı ilin fevralınadək satılmış "Galant/Pajero" və 2007-ci ilin aprelindən 2013-cü ilin oktyabrınadək satılmış "i-MiEV/Pajero" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
 

Aktual.az

Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR