Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi açıqlandı

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi açıqlandı

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Aktual.az APA-ya istinadən  xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il  oktyabr ayının 31-nə 5 mlrd. 200,7 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 195,2 mln. dollar və ya 29,84% çoxdur.
Oktyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 33,2 mln. dollar və ya 0,64% artıb.
Cari ilin əvvəlindən artım 1 mlrd. 226,3 mln. dollar və ya 30,85% olub.
 
Aktual.az 
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR