Məktub yazaraq özünü ürəyindən güllələdi

Məktub yazaraq özünü ürəyindən güllələdi

Bakıda 82 yaşlı kişi özünü ürəyindən güllələyib.

"Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində yaşayan 1935-ci il təvəllüdlü Hacıyev Arif Əli oğlu məktub yazaraq evdə həyat yoldaşının yanında odlu silahdan ürək nahiyəsinə atəş açaraq özünü güllələyib.

A.Hacıyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

A.Hacıyev məktubunda uzun sürən xəstəliyinə dözə bilmədiyini və bu səbəbdən intihara əl atdığını yazıb.

Fakt bağlı Sabunçu Rayon Prorkurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
 
Aktual.az
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR