Məktəbdə kütləvi zəhərlənmə: 13 uşaq xəstəxanaya aparıldı - BAKIDA

Məktəbdə kütləvi zəhərlənmə: 13 uşaq xəstəxanaya aparıldı - BAKIDA

Paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. 

Zəhərlənmə 5 saylı Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli orta məktəbdə  5-ci sinif şagirdləri arasında baş verib. Məlumata görə, şagirdlər Sabunçu rayonundakı 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər. Şagirdlərin vəziyyəti barədə məlumat verilmir.

Cebhe.info məsələni dəqiqləşdirmək üçün 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxananın baş həkimi Raisə Naci faktı təsdiqləyib. O deyib ki, həqiqətən də bu gün 278 saylı məktəbdən xəstəxanaya 13 nəfər şagirdin halının pisləşməsi ilə bağlı müraciət olub:

"Uşaqlar məktəbdə şokolad yeyiblər. Şagirdlərdən biri bir müddət əvvəl əməliyyat olunub. Şokaladı yeyən həmin uşağın ürəyi bulanıb. Uşaqlar necə olur, birinin halı pisləşəndə elə bilirlər ki, onlarda da bu əlamət var. Dərsdən çıxmaq adı ilə xəstəxanaya gəliblər. Sadəcə qorxublar. Uşaqlar sağlamdır və evə buraxılıblar”. 
 
Aktual.az
Xəbər 150 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR