Mağazalarda vaxtı keçmiş mallar satışda - XƏBƏRDARLIQ

Mağazalarda vaxtı keçmiş mallar satışda - XƏBƏRDARLIQ

Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlmaları istisna olunmaqla digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi Azərbaycan prezidenti tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək olsa da təəəsüf ki, sahibkarla bundan sui-istifadə etməyə çalışırlar.

Bu haqda "İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov bildirib.


O deyib ki, monitorinqlər son dövrlər mağazalarda vaxtı keçmiş malların sayının artdığı müşahidə edilir: "Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də istehlakçılar mal alan zaman diqqətli olmalıdırlar. Ərzaq məhsulları alan zaman həmin məhsulunun istifadə vaxtına diqqət yetirmək lazımdır”.
Azər Sərdarovun fikrincə, istehlakçı nəzarəti vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər.(Cebhe.info )
 
Aktual.az
Xəbər 1027 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR