Lalə Məmmədova: "Ağlıma da gəlməzdi ki, bunu edəcəm"

Lalə Məmmədova:

Əməkdar artist Lalə Məmmədova solo-konsert verəcək.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Tezdən oyan" verilişində deyib. 

İfaçı bildirib ki, bu dəfə tamaşaçılar daha fərqli Lalə Məmmədova görəcəklər:

"Bir az fərqli gecə planlaşdırıram. Məşqlərə başlayandan sonra dəqiq vaxtını deyəcəm. Bir dəfə estrada kollektivi ilə Mahnı Teatrında çıxış etmişəm. Bu dəfə fərqli yanaşma, musiqi müşayiəti olacaq.

Müşayiətə uyğun da maraqlı ifalar təqdim edəcəyəm. Başqa çərçivədən yanaşacağam. Eyniliklə tamaşaçını yormaq olmaz. 10 il əvvəl ağlıma da gəlməzdi ki, "Leyli"ni oynayacam. Mən "Leyli və Məcnun"la tamaşaçını təəccübləndirəcəm, amma etdim". 

Qeyd edək ki, "Lider" telekanalında yayımlanan, aparıcılığını Könül Muxtarovanın etdiyi "Tezdən oyan" verilişi həftənin şənbə və bazar günü yayımlanır.
 
Aktual.az
Xəbər 1926 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR