Kubadan Azərbaycana təklif - Neft layihələrində iştirakla bağlı

Kubadan Azərbaycana təklif - Neft layihələrində iştirakla bağlı

Meksika körfəzinin Kubaya məxsus hissəsində tədqiq edilməmiş neft yataqları var və Azərbaycan şirkətləri həmin yataqların işlənməsi prosesində iştirak edə bilərlər.

Aktual.az xəbər verir ki, bunu Trend-ə Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Səfir bildirib ki, energetika sahəsində ixtisaslaşmış Azərbaycan şirkətləri Kubanın enerji layihələrində müstəqil olaraq, eləcə də beynəlxalq konsorsiumların tərkibində iştirak edə bilərlər.

Diplomatın sözlərinə görə, Kuba eləcə də Azərbaycanın ali məktəblərində, xüsusən energetika sahəsi üzrə öz kadrlarının təhsil alaraq ixtisaslaşmasında maraqlıdır.
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR