Kremlin yeni Qarabağ bəyanatı

Kremlin yeni Qarabağ bəyanatı

Moskva və Bakı iki tərəfli münasibətləri, dünyada qarşılıqlı münasibətləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nazamlanması məsələlərini müzakirə ediblər. 

Aktual.az ans press-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (XİN) Sergey Lavrovun Azərbaycana səfərinin yekunu ilə bağlı yaydığı açıqlamada deyilir. 

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Bakıda səfərdə olub. Ölkə başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. 

"Danışıqların gedişində iki tərəfli münasibətləri aktual aspektləri, beynəlxalq məsələlərdə qarşılıqlı münasibətlər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı problemlər müzakirə olunub", - deyə Rusiya XİN-in bəyanatında bildirilir. 


Sergey Lavrov və İlham Əliyev

Prezident İlham Əliyev ilə görüşündə Rusiya XİN başçısı Azərbaycanı Cənubi Qafqaz və Xəzər regionu üzrə Rusiyanın strateji tərəfdaşı adlandırıb. Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllində inkişaf olacağına ümid etdiyini deyib. Lavrov bildirib ki, məqsədləri Azərbaycanın və Ermənistanın, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin münaqişə barədə mövqelərini ortaq məxrəcə gətirməkdir.


Sergey Markedonov - rusiyalı politoloq


Bununla belə, Rusiya politoloqları Moskva ilə Bakının münasibətlərinin elə də istiləşəcəyinə ümid etmirlər. Rusiya Dövlət Humanitar Universitetinin əməkdaşı, politoloq Sergey Markedonov rəsmi Bakının sadəcə praqmatik siyasət yürütdüyünü bildirir: "Çoxları danışacaq ki, Azərbaycan tezliklə Avrasiya İttifaqına girəcək. Girməyəcək. Azərbaycan yetərincə praqmatik və sözün yaxşı mənasında eqoist ölkədir"-deyə politoloq əlavə edib.

Xəbər 879 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR