Kiyevdə azərbaycanlı, erməni və ukraynalı gənclər arasında dava düşüb

Kiyevdə azərbaycanlı, erməni və ukraynalı gənclər arasında dava düşüb
  • DÜNYA

Ukraynada azərbaycanlılarla erməni və yerli millətdən olan gənclər arasında dava düşüb.

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, hadisə iyulun 30-dan 31-nə keçən gecə Kiyevin mərkəzindəki "Arena City” adlı gecə klubunun yaxınlığında baş verib. 

Hadisə yerli millətdən olan bir neçə gəncin 3 azərbaycanlı ilə mübahisəsi nəticəsində başlayıb. Klubdakı iki erməni gəncin qarşı tərəfdən müdaxiləsi ilə azərbaycanlılarla əlbəyaxa dava düşüb. Polis insidentə müdaxilə etməyib. Ətrafdakıların müdaxiləsi ilə yatırılan davada hər iki tərəfdən yüngül xəsarət alanlar olub.
 

Aktual.az

Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR