Kimyəvi silah qorxusu qalmayacaq - Qoruyucu parça hazırlanıb

Kimyəvi silah qorxusu qalmayacaq - Qoruyucu parça hazırlanıb

Kimyəvi silah kütləvi qırğın silahlarından uğurlu qoruyucu vasitə icad edilib.
 
Aktual.az Trend-ə istinadən bildirir ki, Şimali Karolina Universitetindən olan bir qrup tədqiqatçı tərəfindən zəhərləyici maddələrin təsirini müstəqil şəkildə neytrallaşdıran yeni növ parça hazırlanıb.

Xüsusi qoruyucu parça katalizator və filtr rolunu yerinə yetirən sirkonium və bir sıra materiallardan ibarət xüsusi metalorqanik birləşmələr (metal-organic frameworks, MOF) əsasında hazırlanıb.

Bu strukturlar kimyəvi silahların tərkibinə daxil olan müxtəlif birləşmələri tamamilə parçalamaq və zərərsizləşdirmək bacarığına malikdir. Tozvari metalorqanik strukturlar əleyhqazların filtrları kimi də bəzi növ qazları udmaq qabiliyyətindədir. Sözügedən parça zəhərli maddəni 5 dəqiqə ərzində tamamilə neytrallaşdırır.
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR