Kerridən Fransa prezidentinin dinlənilməsi ilə bağlı Açıqlama

Kerridən Fransa prezidentinin dinlənilməsi ilə bağlı  Açıqlama

“ABŞ Fransa prezidenti Fransua Olland və digər yüksək çinli məmurları dinləməyib”. 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, ABŞ-ın prezident Ollandı dinləmək kimi bir məqsədi olmayıb: “Biz prezident Olland kimi dostları hədəfə almarıq. Milli təhlükəsizliklə bağlı hansısa konkret səbəblər olmadan biz xarici kəşfiyyat fəaliyyəti ilə məşğul olmuruq”.  

Xatırladaq ki, “WikiLeaks” saytında ABŞ Milli Təhlükəsizlik Agentliyinin Fransa rəhbərlərini, o cümlədən bu ölkənin son 3 prezidentini dinlədiyinə dair sənədlər dərc olunub.

Aktual.az

 
Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR