Çiyələyin FAYDALARI

Çiyələyin FAYDALARI

Çiyələk ləzzətli olduğu qədər qidalandırıcı və faydalı bir meyvədir.

Publika.az xəbər verir ki, çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri var. Bu giləmeyvənin güclü iltihab və mikrob aleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.
Çiyələk hər zaman eşq, romantik münasibətlərlə assosiasiya olunur. Bu da səbəbsiz deyil. Sübut olunub ki, giləmeyvənin tərkibində olan sink mikroelementi həm kişi, həm də qadınlarda seksual meyili artırır.
Faydaları:
Çiyələk insanın immun sistemini gücləndirir.
Qan damarlarının divarlarını möhkəmləndirir.
Şəkərli diabet xəstələrdə şəkərin səviyyəsini aşağı salır.
Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır.
Öd daşı xəstəliyi zamanı çox xeyirlidir.
Təbii antioksidant sayılan çiyələk qocalma proseslərini ləngidir.
Xolesterini azaldır.
Ürək sağlamlığına müsbət istiqamətdə təsir göstərir.
Sümüklər üçün olduqca faydalıdır.
Xərçəngin yaranmasının qarşısını alır.
Xəstəliklərə qarşı antioksidant təsiri var.
Sızanaq müalicəsində effektli nəticə götərir.
Göz altındakı şişlikləri aradan qaldırır.
Saç tökülməsinin qarşısını alır.
Qəbizliyi aradan qaldırır.
Çiyələyin zərəri varmı?
Bu kimi bir çox qiymətli xüsusiyyətlərinə baxmayaraq bəzi insanlara çiyələk zərər gətirə bilər. İlk növbədə bu allergiyadan əziyyət çəkən insanlara aiddir. Güclü allekgik xüsusiyyətlərinə malik olduğuna görə bu giləmeyvə hamilə və uşaq əmizdirən qadınlar və balaca uşaqlar üçün əks göstərişdir.
Çiyələk tərkibində olan oksalat olan az sayda meyvədən biridir. Bu maddət orqanizmdə həddən artıq miqdarda olduğu zaman böyrək və sidik kisəsinin xəstəliklərinə səbəb olur.
Bu da böyrək daşı və sidik kisəsinin problemlərinə gətirib çıxarır..
Həmçinin mədə xorası və qastrit xəstəliyi olan insanlara da çiyələkdən imtina etmək lazımdır.
 
Aktual.az
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR